O, bu hücumları beynəlxalq qanunların açıq şəkildə pozulması adlandırıb və dünya ictimaiyyətini, xüsusilə BMT Təhlükəsizlik Şurasını bu təzyiqləri qətiyyətlə pisləməyə çağırıb.
İranın xarici işlər naziri bildirib ki, İran sionist rejimin bu vəhşi hərəkətlərinə qətiyyətlə cavab verib və verəcək. Bu, İranın öz qanuni müdafiə haqqıdır.
Çin xarici işlər naziri Vanq Yi isə İsrailin İranın ərazi bütövlüyünü və suverenliyini pozmasını pisləyərək deyib ki, nüvə obyektlərinə hücumlar beynəlxalq qanunlara zidd və çox təhlükəlidir.
O əlavə edib ki, Çin bu hücumları Şanxay Əməkdaşlıq Təşkilatında pisləyib və BMT Təhlükəsizlik Şurasında da müharibənin dayandırılmasını tələb edib. Vanq Yi ABŞ-ın İsraili dəstəkləməsini tənqid edib və Yaxın Şərqdə müharibənin qarşısını almaq üçün gərginliyin azaldılmasının vacibliyini vurğulayıb. O həmçinin deyib ki, İran həmişə nüvə enerjisindən dinc məqsədlərlə istifadə etdiyini bildirib.
Sizin rəyiniz